ABŞ İranla uzunmüddətli qarşıdurmaya hazırdır – Mayk Uolts



ABŞ-ın Birləşmiş Millətlər Təşkilatındakı (BMT) daimi nümayəndəsi Mayk Uolts İrana qarşı hücumların, blokadanın və iqtisadi sanksiyaların Tehran hakimiyyətini güzəştlərə məcbur edəcəyinə ümid etdiklərini, lakin uzunmüddətli qarşıdurmaya da hazır olduqlarını vurğulayıb. 

AFN.az xəbər verir ki, Uolts bu barədə Britaniyanın Financial Times qəzetinə müsahibəsində danışıb.

Uolts bildirib ki, hətta bir il sonra da İranın nüvə proqramı ilə bağlı razılaşma əldə olunmaya və Hörmüz boğazında dəniz nəqliyyatı qarşıdurmadan əvvəlki səviyyəyə qayıtmaya bilər.

Uolts fərziyyələr əsasında danışmaq istəmədiyini bildirərək, əsas arzularının İranın həmin vaxta qədər ciddi şəkildə danışıqlar masasına qayıtması olduğunu deyib.

İrana qarşı hücumların, blokadanın və iqtisadi sanksiyaların ölkəni güzəştlərə məcbur edəcəyinə ümid etdiklərini bildirən Uolts uzunmüddətli qarşıdurmaya da hazır olduqlarını vurğulayıb.

ABŞ Prezidenti Donald Trampın və ABŞ Hərbi Dəniz Qüvvələrinin İran limanlarına qarşı blokadanı davam etdirə biləcəyinə işarə edən Uolts Tehran üzərində iqtisadi təzyiqi də artırdıqlarını qeyd edib.

Uolts vurğulayıb ki, İranın yüksək dərəcədə zənginləşdirilmiş nüvə materiallarının aradan qaldırılması və ölkə daxilində uranın zənginləşdirilməsi fəaliyyətləri ilə bağlı Tehranla razılıq əldə olunarsa, ABŞ qarşıdurmadakı strateji məqsədlərinə çatmış olacaq.

Uolts ABŞ-ın BMT qurumlarına ayırdığı maliyyəni azaltmaqla zəruri hesab etdiyi islahatları həyata keçirməyi hədəflədiyini bildirib.

Bəzi sülhməramlı missiyaların illərdir davam etdiyini və onların illik xərclərinin 1 milyard dollara çata bildiyini deyən Uolts bu missiyaların münaqişələri həll etmək əvəzinə mövcud vəziyyəti qoruyub saxladığını iddia edib.

Uolts Livan, Somali və Qərbi Saxarada sülhməramlı əməliyyatların başa çatdırılmasını istədiklərini qeyd edib.

BMT-nin Livandakı Müvəqqəti Sülhməramlı Qüvvələri (UNIFIL) barədə danışan Uolts mövcud strukturun davam etməməli olduğunu düşündüklərini bildirib. O, gələcəkdə həyata keçirilə biləcək fərqli sülhməramlı missiya ilə bağlı Fransa, İsrail və Livanla danışıqlar apardıqlarını da əlavə edib.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu