Türkiyədə mədəndə partlayış baş verib: ölən və yaralananlar var
Türkiyənin Zonquldaq bölgəsindəki özəl daş kömür mədənində partlayış qeydə alınıb.
AFN.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Dərəiçi məhəlləsində baş verən hadisə nəticəsində iki nəfər həyatını itirib, beş nəfər yaralanıb. Yaralılardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir.
Məlumata görə, partlayışa mədən qazının alışması səbəb olub.
Hadisə yerinə Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) əməkdaşları, təcili tibbi yardım və yanğınsöndürmə briqadaları cəlb olunub.
Hazırda mədəndə qalan bir fəhlənin xilas edilməsi məqsədilə axtarış-xilasetmə tədbirləri davam etdirilir.



