ABŞ Səudiyyə Ərəbistanındakı diplomatların bir hissəsinə təxliyə göstərişi verib
Amerika Birləşmiş Ştatları artan təhlükəsizlik riskləri səbəbindən Səudiyyə Ərəbistanında fövqəladə hallar üzrə vəzifələri yerinə yetirməyən diplomatik heyətə və onların ailə üzvlərinə ölkəni tərk etmək göstərişi verib.
AFN.az xəbər verir ki, ABŞ bu qərara səbəb kimi husilərin yaratdığı təhlükəni göstərib.
Açıqlamada bildirilib ki, İranın dəstəklədiyi husilər Səudiyyə Ərəbistanına qarşı getdikcə daha çox düşmənçilik xarakterli fəaliyyətlər göstərir və bu hücumlar mülki şəxslərin ölümünə, eləcə də səyahətlərdə ciddi fasilələrə səbəb olur.
ABŞ administrasiyasının bütün Körfəz ölkələrindəki diplomatlarına ölkələri tərk etmək əmri verdiyi barədə yayılan xəbərlər isə Dövlət Departamenti tərəfindən təkzib edilib.
