Fransada Aİ və NATO-dan çıxmaq üçün referendum keçirilməsi təklif olunur


Fransa Silahlı Qüvvələrinin istefada olan polkovniki, Fransa Xarici Legionunun veteranı Jak Oqar ölkənin Avropa İttifaqı və NATO-dan çıxması ilə bağlı referendum keçirilməsini təklif edib.

AFN.az xəbər verir ki, Oqar bu barədə TASS-a açıqlamasında danışıb.

Onun fikrincə, belə referendum Fransanın milli suverenliyini və müstəqilliyini bərpa etməsi, eləcə də cəmiyyətdə birliyi təmin etməsi üçün yeganə yoldur. Oqar yeni hakimiyyətin bu təşəbbüsü həyata keçirməsinin legitimliyini təmin etmək üçün azad seçkilərin keçirilməsinin də vacib olduğunu bildirib.

Qeyd edək ki, Fransa Avropa İttifaqının sələfi olan Avropa icmalarının yaradıcı dövlətlərindən biridir və 1949-cu ildən NATO-nun üzvüdür. 1966-cı ildə prezident Şarl de Qoll ölkəni alyansın hərbi strukturundan çıxarıb. Fransa 2009-cu ildə prezident Nikola Sarkozinin dövründə NATO-nun vahid hərbi komandanlığına tam şəkildə qayıdıb.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu