Azərbaycanlı çoban Ermənistan ərazisinə keçib?
Azərbaycanlı çobanın Ermənistan ərazisinə keçdiyi və saxlanıldığı iddia olunur.
AFN.az xəbər verir ki, bu barədə Ermənistanın “NewsTV5” nəşri məlumat yayıb.
Nəşrin məlumatına görə, həmin şəxs aşkarlanıb və hazırda Berd şəhərinin hərbi polisində saxlanılır.
Ermənistan Müdafiə Nazirliyi yerli medianın məsələ ilə bağlı sorğusunu cavablandırmayıb. Ölkənin Milli Təhlükəsizlik Xidməti isə hadisə barədə məlumatlarının olmadığını bildirib.
Tavuş rayonunun icma rəhbərlərindən biri də məsələ ilə bağlı məlumat eşitdiyini, lakin hadisənin təfərrüatlarından xəbərsiz olduğunu deyib.




