BMT-dən qlobal istiləşmə ilə bağlı təcili çağırış



Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş iqlim böhranı fonunda dünyanın artıq 1,5 dərəcəlik həddin aşılmasının qarşısını ala bilməyəcək vəziyyətə gəldiyini bildirib.

AFN.az xəbər verir ki, o, emissiyalar arasındakı fərqi aradan qaldırmaq üçün ölkələri sürətli hərəkət etməyə çağırıb.

Quterreş noyabr ayında Antalyada keçiriləcək BMT-nin İqlim Dəyişikliyi Konfransı (COP31) ərəfəsində BMT-nin Ətraf Mühit Proqramı (UNEP) tərəfindən dərc olunan illik Emissiya Boşluğu Hesabatı ilə bağlı videomüraciət yayımlayıb.

Dünyanın artıq 1,5 dərəcəlik həddin aşılmasından qaça bilməyəcəyini və bunun nəticələrinin indidən dağıdıcı olduğunu bildirən Quterreş dünyada ölümcül daşqınlara, həddindən artıq isti hava dalğalarına və güclü meşə yanğınlarına diqqət çəkib.

Quterreş iqlim böhranının iqtisadiyyatları iflic etdiyini, bərabərsizliyi dərinləşdirdiyini vurğulayaraq, böhrana görə ən az məsuliyyət daşıyan insanların onun təsirlərini ilk və ən ağır şəkildə yaşadığını qeyd edib.

Digər tərəfdən, BMT Baş katibi əsrin sonuna qədər qlobal temperatur artımını yenidən 1,5 dərəcəlik həddən aşağı salmağın mümkün olduğunu bildirib. Onun sözlərinə görə, bunun üçün qlobal istixana qazı emissiyaları 2030-cu ilə qədər 18 faiz, 2035-ci ilə qədər isə 45 faiz azaldılmalıdır.

Quterreş emissiyaların rekord səviyyədə qalmaqda davam etdiyini bildirib. O qeyd edib ki, milli iqlim planları və mövcud siyasətlər təhlükəli dərəcədə qeyri-kafidir və temperaturun 2,6–2,8 dərəcə artacağına işarə edir.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu