Quterreş: Afrikanın BMT Təhlükəsizlik Şurasında daimi nümayəndəliyinin olmaması qəbuledilməzdir


Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş Afrikanın qlobal sülh və təhlükəsizlikdəki rolunun əhəmiyyətini vurğulayaraq, Afrikanın BMT Təhlükəsizlik Şurasında daimi təmsil olunmamasının qəbuledilməz olduğunu bildirib.



Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasının (BMTŞ) sessiyasında çıxış edən BMT-nin baş katibi Antonio Quterreş Afrikanın Şuradakı təmsilçiliyi ilə bağlı açıqlamalar verib.

Afrikanın Şurada təmsil olunduğu islahatlara təcili ehtiyac olduğunu vurğulayan Quterreş, “1945-ci ildən bəri BMT Təhlükəsizlik Şurası qlobal sülh və təhlükəsizliyin əsasını təşkil edir, lakin onun təməlindəki çatlar göz ardı edilə bilməyəcək qədər böyüyür" deyib.

Şuranın İkinci Dünya Müharibəsinin qalibləri tərəfindən tərtib edildiyini və o dövrün güc strukturlarını əks etdirdiyini qeyd edən Quterreş 1945-ci ildən bu yana dünyanın əhəmiyyətli dərəcədə dəyişdiyini və Şuranın strukturunun bununla ayaqlaşa bilməyəcəyini bildirib.

1945-ci ildə indiki Afrika ölkələrinin əksəriyyətinin müstəmləkə altında olduğunu və beynəlxalq məsələlərdə söz sahibi olmadığını xatırladan Quterreş, “1 milyarddan çox əhalisi olan Afrika qitəsinin dünya miqyasında daimi təmsil olunmamasını qəbul edə bilmərik" deyib.

Afrikanın qlobal sülh və təhlükəsizlikdəki rolunun əhəmiyyətini vurğulayan Quterreş “Afrika Təhlükəsizlik Şurasından tutmuş beynəlxalq maliyyə qurumlarına qədər qlobal idarəetmə strukturlarında az təmsil olunur və bu strukturların həll etmək üçün nəzərdə tutulduğu problemlərdə həddindən artıq təmsil olunur” ifadələrini işlədib.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu