BMT-nin baş katibi Quterreş qlobal institutlarda islahatlara çağırıb


Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş qlobal təsisatları universa və bugünkü reallıqların təmsilçisi etmək üçün islahatlara çağırıb.


Quterreş həftə sonu Hindistanda keçiriləcək G-20 sammiti öncəsi mətbuata açıqlama verib.

Qlobal maliyyə strukturunun köhnəlmiş, işlək olmayan və ədalətsiz olduğunu vurğulayan Quterreş ölkələri qlobal institutların həqiqətən universal, bugünkü reallıqların təmsilçisi və inkişaf etməkdə olan iqtisadiyyatların ehtiyaclarına daha çox cavab verən olması üçün cəsarətli addımlar atmağa çağırıb.

Hindistanda keçiriləcək G-20 sammitindən əvvəl qlobal qurumlarda dərin və struktur islahatlara ehtiyac olduğuna diqqət çəkən Quterreş, "Dünyamız çətin bir keçid dövründən keçir. Gələcək çoxqütblüdür, lakin çoxtərəfli institutlarımız bunu əks etdirir" - deyə əlavə edib.

Boş yerə vaxtın olmadığını xəbərdar edən Quterreş, ortaq mənfəətlər üçün bir araya gəlib birlikdə hərəkət etməyin lazım olduğunu deyib.

O, həmçinin 2030-cu ilə qədər bütün formalarda yoxsulluğa son qoymağı hədəfləyən universal gündəm olan BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri istiqamətində hər il 500 milyard dollar sərmayə qoyulmasına çağırıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu