BMT: "Haitidəki təhlükəsizlik vəziyyətindən narahatıq"


Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş Haitidə sürətlə pisləşən təhlükəsizlik vəziyyətindən dərin narahat olduğunu bildirib və təcili addımların atılmasına çağırıb.



BMT-nin sözçüsü Stefan Düjarrik məsələ ilə bağlı açıqlama verib.

Düjarrik bəyan edib ki, Quterreş Haiti hökumətini və digər siyasi aktorları tez zamanda razılığa gəlməyə və demokratik institutların yenidən qurulması üçün siyasi prosesi irəliləməyə çağırıb.

Quterreşin Haitidə sürətlə pisləşən təhlükəsizlik vəziyyətindən dərin narahat olduğunu ifadə edən Dujarrik bunun Haitili mülki vətəndaşlar üzərindəki təsirinə diqqət çəkib.

Düjarrik bəyan edib ki, Quterreş dərhal hərəkətə keçməyə çağırıb və Haitidəki çoxmillətli təhlükəsizlik missiyasının maliyyə dəstəyinin lazım olduğunu vurğulayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu