Quttereş ağ fosforun istifadəsi ilə bağlı hesabatlardan narahatdır


Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş münaqişə bölgəsində ağ fosfordan istifadənin mülki şəxslərə böyük zərər vurması ilə bağlı xəbərlərdən dərin narahatdır.


BMT-nin sözçüsü Stefan Dujarrik gündəlik mətbuat konfransında jurnalistlərə açıqlama verib. Bildirib ki, İsrailin Qəzza və Livanda ağ fosfordan istifadə etdiyinə dair dərc edilmiş hesabatlar haqqında məlumatı olduğunu, lakin onların müstəqil təsdiqləmə imkanlarının olmadığını bildirib.

Münaqişə bölgəsində təsdiq və araşdırmanın asan olmadığına diqqət çəkən Düjarrik, sözügedən xəbərlər təsdiqləndikdə məlumat veriləcəyini bildirib.

BMT-nin sözügedən hesabatları araşdırdığını bildirən sözçü qeyd edib ki, baş katib mülki şəxslərə böyük ziyan vuran ağ fosforun istifadəsi ilə bağlı hesabatlardan dərin narahatdır. "Baş katib bəzi müharibə təcrübələrini qadağan edən beynəlxalq humanitar hüquq qaydalarına riayət etməklə bağlı münaqişə tərəflərinə çağırış edir" - deyə Düjarrik vurğulayıb.

Quttereş həmçinin münaqişəni şəhər yerlərindən uzaqlaşdırmağa çağırıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu