BMT Rusiyaya taxıl sazişi ilə bağlı konkret təkliflərlə məktub göndərib


Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş Rusiyanın xarici işlər naziri Sergey Lavrova Qara Dəniz Taxıl Dəhlizi Sazişinin yenilənməsi üçün konkret addımlarla məktub göndərdiyini açıqlayıb.


Quterreş BMT-nin Nyu-Yorkdakı binasında jurnalistlərə açıqlama verib.

Qara Dəniz Taxıl Təşəbbüsünün qida bazarlarına və ərzaq təhlükəsizliyinə əhəmiyyətli töhfələr verdiyini qeyd edən Quterreş, təşəbbüsün yenilənməsinin xüsusilə inkişaf etməkdə olan ölkələr üçün vacib olduğuna diqqət çəkib.

Təşəbbüslə bağlı Rusiyanın şikayət və tələblərini də nəzərdən keçirdiklərini qeyd edən Quterreş, “Rusiya xarici işlər naziri Lavrova məktub göndərərək Qara Dəniz Taxıl Təşəbbüsünün yenilənməsi üçün konkret təkliflər təqdim etdim” - deyə bildirib.

BMT baş katibi bildirib ki, yeni müqavilə sabit olmalıdır: "Biz böhrandan böhrana doğru sürüklənən və həmişəlik dayandırılan təşəbbüs istəmirik. İşləyən və faydalı olan təşəbbüsü dəstəkləyirik". Quterreş vurğulayıb ki, təkliflər Rusiya ərzaq və gübrələrinin qlobal bazarlara daha effektiv və sərfəli qiymətlərlə çıxmasını təmin etmək məqsədi daşıyır.

O, böyük səylərlə müsbət nəticə əldə edilə biləcəyini və bunun icmalarda ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün vacib olduğunu vurğulayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu