BMT-nin Baş katibi Türkiyə Prezidentinə təşəkkür edib


BMT-nin Baş katibi Antonio Quterreş “Taxıl sazişi”nin müddətinin uzadılmasına görə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təşəkkür edib.



AFN.az xəbər verir ki, bu barədə o, tviterdə yazıb.

Baş katib bildirib ki, Türkiyənin səxavəti və öhdəliyi olmasaydı, bu təşəbbüs heç vaxt baş tutmazdı: “İstanbul əlamətdar diplomatik nailiyyətin mərkəzi olaraq qalır”.

Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli isə tviterdə yazıb ki, taxıl ixracının davam etməsi vacibdir: “Qara Dəniz Taxıl Təşəbbüsünün mart ayına qədər yenilənəcəyinə dair xoş xəbər aldıq. Dünyanı qidalandırmaq üçün Ukraynadan taxıl axını davam edəcək”.

Qeyd edək ki, noyabrın 17-də “Taxıl sazişi”nin müddətinin daha 120 gün müddətinə uzadılması barədə razılıq əldə olunub.

Xatırladaq ki, iyulun 22-də İstanbulda dünya bazarlarına ərzaq və gübrə tədarükü probleminin həlli üçün sənədlər paketi imzalanıb. Sazişlərdən biri Kiyevin nəzarətində olan Qara dəniz limanlarından taxılın ixracı prosedurunu tənzimləyir. Rusiya, Türkiyə, Ukrayna və BMT tərəfindən yaradılan İstanbulda Birgə Koordinasiya Mərkəzi silah qaçaqmalçılığının qarşısını almaq və təxribatları istisna etmək üçün taxıl daşıyan gəmiləri yoxlamaq üçün nəzərdə tutulub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu