"Taxıl sazişi" çərçivəsində Ukraynadan 32 milyon ton məhsul ixrac olunub


““Taxıl sazişi” çərçivəsində indiyə qədər 32 milyon ton məhsul dünyaya ölkələrinə ixrac olunub”.


Bu haqda məlumatı Türkiyənin milli müdafiə naziri Yaşar Gülər jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, proses sürətli, təhlükəsiz və planlı şəkildə davam edir.

Xatırladaq ki, iyulun 22-də İstanbulda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və BMT-nin Baş katibi Antoniu Quterreşin iştirakı ilə Ukrayna limanlarından taxılın təhlükəsiz daşınmasına dair saziş imzalanıb. Sənədi Ukrayna, Rusiya, BMT və Türkiyə nümayəndələri imzalayıblar.

Türkiyənin koordinasiyası ilə həyata keçirilən saziş qlobal ərzaq böhranının həllinə yönəlib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu