“Taxıl böhranının həlli Türkiyənin diplomatik uğurudur” - Ərdoğan
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynadan kənd təsərrüfatı məhsullarının ixracı üçün “taxıl dəhlizi”nin bərpasını “diplomatik uğur” adlandırıb.
AFN.az xəbər verir ki, Ərdoğan bunu İstanbulda keçirilən siyasi forumda deyib.
“Biz sülh siyasətimizlə diplomatiyada əsas rol oynayırıq. Taxıl böhranının həlli diplomatik uğurdur”, – Türkiyə lideri bildirib.
Onun sözlərinə görə, “taxıl sazişi” Rusiya prezidenti Vladimir Putin, Ukrayna lideri Vladimir Zelenski və BMT Baş katibi Antonio Quterreşlə balanslaşdırılmış münasibətlər sayəsində bərpa edilib.