Tovuzun "Turan" voleybol komandası ÇL-in qrup mərhələsində
Qadın voleybolçulardan ibarət "Turan" (Tovuz) komandası Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.
AFN.az xəbər verir ki, Tovuz klubu III təsnifat mərhələsinin cavab oyununda Bolqarıstanın "Maritsa" kollektivi ilə üz-üzə gəlib.
Tovuz Olimpiya İdman Kompleksində keçirilən görüş Azərbaycan çempionunun 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Xatırladaq ki, ilk oyunda da "Turan" səfərdə 3:0 hesabı ilə qalib gəlmişdi.

