"Turan Tovuz" Antalya toplanışını qələbə ilə başa vurub


"Turan Tovuz" Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplanışını qələbə ilə başa vurub.


"Report"un məlumatına görə, Tovuz təmsilçisi son yoxlama oyununda Qazaxıstanın "Jetısu" klubu ilə qarşılaşıb. Görüş Azərbaycan komandasının 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qolları 20-ci dəqiqədə Ayxan Hüseynov və 44-cü dəqiqədə Denis Marandiç vurublar.

Qeyd edək ki, "Turan Tovuz" ilk iki yoxlama matçında Rumıniya “Petrolul”una 2:3 hesabı ilə uduzub, İsveçrənin "Aarau" komandasına isə qalib gəlib - 1:0.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu