“Turan Tovuz” qış toplanışını Türkiyədə keçirəcək


“Turan Tovuz” klubu qış təlim-məşq toplanışını Türkiyədə keçirəcək.


Klubun mətbuat xidmətindən AFN.az-a verilən məlumata görə, komanda 2023-cü il yanvarın 7-də Bakıda bir araya gələrək Antalyaya yola düşəcək.

Əcnəbi futbolçular kollektivə həmin gün qonşu ölkədə qoşulacaqlar. Baş məşqçi Ayxan Abbasov yanvarın 18-dək təşkil olunacaq toplanışda yetirmələrini 3 yoxlama görüşündə sınamağı planlaşdırır. Rəqiblərin adları və matçların keçirilmə tarixi hələ bəlli deyil.

Qeyd edək ki, Premyer Liqanın 16 turunda 16 xal toplayan “Turan Tovuz” turnir cədvəlinin 6-cı pilləsində yer alıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu