Aİ Ukrayna ordusu üçün 100 min hərbçi hazırlayıb
Avropa İttifaqı 2022-ci ildən bəri Ukrayna Silahlı Qüvvələrinin 100 min hərbçisinə təlim keçib və bu istiqamətdə hazırlıq proqramlarını genişləndirməyi planlaşdırır.
AFN.az xəbər verir ki, bu barədə Aİ Şurasının bəyanatında bildirilib.
Brüsseldə bu nəticə Rusiyaya qarşı mübarizədə mühüm mərhələ kimi qiymətləndirilib.
Qeyd edək ki, Aİ daha əvvəl Ukrayna hərbçilərinin hazırlanması üzrə missiyasının mandatını genişləndirərək fəaliyyət müddətini 2028-ci il noyabrın 15-dək uzadıb.


