Aİ Rusiyaya qarşı sanksiyaları gələn ilin sonuna qədər uzadıb
Avropa İttifaqı (Aİ) Ukraynadakı hərbi əməliyyatlara görə Rusiyaya qarşı sanksiyaları 2023-cü il yanvarın 31-dək uzadıb.
AFN.az “Report”a istinadən xəbər verir ki, bu barədə Aİ Şurasının bəyanatında deyilir.
Qeyd edək ki, Aİ-nin 7 ildən artıqdır qüvvədə olan iqtisadi sanksiyaları Rusiyanın maliyyə, enerji və müdafiə sektorlarına qarşı yönəlib.
Xatırladaq ki, qurum bundan əvvəl Rusiyaya qarşı yeddinci sanksiyalar paketini təsdiqləyib.