Hindistan G20-nin Rusiyaya qarşı yeni sanksiyaları müzakirə etməsini istəmir


Hindistan, G20-yə sədrliyi dövründə Ukraynaya müdaxiləsinə görə Rusiyaya qarşı əlavə sanksiyaları müzakirə edilməsini istəmir.


AFN.az bu barədə Reuters-ə istinadən xəbər verir.

Hindistanda keçiriləcək iclas çərçivəsində fevralın 23-də G7 ölkələrinin maliyyə liderləri görüşəcək. Yaponiyanın maliyyə naziri Şuniçi Suzuki Rusiya Federasiyasına qarşı yeni sanksiyaların müzakirə ediləcəyini bildirib. G20-nin maliyyə nazirləri və mərkəzi bank rəhbərlərinin bu həftə keçirilən görüşündə birbaşa iştirak edən rəsmilər münaqişənin iqtisadi təsirinin müzakirə ediləcəyini, lakin Hindistanın Rusiyaya qarşı əlavə tədbirləri nəzərdən keçirmək istəmədiyini bildiriblər. "Hindistan G20 zamanı Rusiyaya qarşı hər hansı əlavə sanksiyaları müzakirə etməkdə və ya dəstəkləməkdə maraqlı deyil. Rusiyaya qarşı mövcud sanksiyalar dünyaya təsir edib", - adının açıqlanmasını istəməyən hindli diplomat deyib.

Başqa bir mənbə bildirib ki, sanksiyalar G20 məsələsi deyil. Onun sözlərinə görə, G20 ölkələrin rifahının müzakirəsi üçün iqtisadi forumdur.

Xatırladaq ki, ABŞ-ın maliyyə naziri Canet Yellenin G20 maliyyə görüşləri üçün Hindistana səfəri zamanı Ukraynaya dəstəyin gücləndirilməsi müzakirə ediləcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu