Zelenski Baydenlə Rusiyaya qarşı sanksiyaları və Ukraynaya dəstəyi müzakirə edib


Ukrayna Prezidenti Volodimir Zelenski ilə ABŞ Prezidenti Cozef Bayden arasında telefon danışığı olub.


“Report” xəbər verir ki, bu barədə Ukrayna lideri bildirib.

Zelenski ABŞ Prezidenti Cozef Baydenlə Rusiyaya qarşı sanksiyaları və müdafiə sahəsində Ukraynaya dəstəyi müzakirə etdiyini bildirib.

"İndicə ABŞ Prezidenti ilə danışdıq. Antirusiya sanksiyaları və Ukraynaya müdafiə dəstəyi məsələsində ABŞ rəhbərliyini müzakirə etdik", - Zelenski tviterdə yazıb.

O, həmçinin Baydenə dəstəyə görə təşəkkür edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu