"Nvidia" rəhbərinin şəxsi münasibətləri şirkətə baha başa gəlir


Nvidia şirkətinin investorları baş direktor Censen Huangın casusluqda şübhəli bilinən qadınla münasibətləri və şirkətin bu barədə verdiyi açıqlamalarla əlaqədar məhkəməyə kollektiv iddia qaldırıblar.

AFN.az xəbər verir ki, bu barədə “The Telegraph” qəzeti məlumat yayıb.

İddia oktyabrın 9-dan noyabrın 8-dək Nvidia səhmlərini alan investorlar tərəfindən ABŞ-ın “The Rosen Law” hüquq şirkəti vasitəsilə təqdim edilib. İnvestorlar şirkəti və onun rəhbərini Huangın sözügedən qadınla şəxsi münasibətlərini inkar edən bilərəkdən yanlış bəyanatlar verməkdə ittiham edirlər. Onlar səhmlərin dəyərinin əhəmiyyətli dərəcədə azalması nəticəsində dəymiş zərərin ödənilməsini tələb edirlər.

Nəşrin məlumatına görə, Nvidia digər iki şirkət tərəfindən də oxşar məhkəmə iddiaları ilə üzləşə bilər.

Huangın əməkdaşlarına ünvanladığı məktubda qadınla romantik münasibətdə olduğunu etiraf etməsindən sonra Nvidia səhmləri bazar ertəsi günü 5 faiz ucuzlaşıb.

Xatırladaq ki, noyabrın 8-də Nvidia-nın direktorlar şurası şirkət rəhbərinin casusluqda şübhəli bilinən qadınla münasibətləri ilə bağlı araşdırmaya başladığını açıqlayıb. Huang isə əməkdaşlarına elektron məktubunda münasibətləri təsdiqləyərək hərəkətlərinə görə tam məsuliyyəti üzərinə götürdüyünü bildirib.

Çin Xarici İşlər Nazirliyi isə Huangla əlaqəli qadının Çin kəşfiyyatına işləməsi barədə iddiaları böhtan adlandırıb.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu