"Google" və "Microsoft" elektrik enerjisi istehlakında bir çox ölkəni geridə qoyub


"Google" və "Microsoft" illik 24 terawatt saat elektrik istehlakı ilə İordaniya, İslandiya, Qana və Şimali Koreya kimi ölkələri geridə qoyublar. İki şirkət 223 milyon əhalisi olan və ildə 31 terawatt saat elektrik enerjisi istehlak edən Nigeriyadan daha çox elektrik enerjisi istehlak edir.



Rəqəmsal texnologiya sahəsindəki irəliləyişlərlə bu sahədə fəaliyyət göstərən şirkətlərin ölçüləri günü-gündən artır.

"Companies Market Cap" məlumatlarına görə, "Google", "Apple" və "Microsoft" kimi şirkətlər də daxil olmaqla 10 ən dəyərli texnologiya şirkətinin bazar dəyərinin böyüklüyü 2023-cü ildə ümumi daxili məhsulu (ÜDM) 17,6 trilyon dollar olan Çini geridə qoyub.

Texnologiya şirkətlərinin sahibləri sərvətləri ilə ən zəngin siyahılara başçılıq etməyə davam edirlər. "Bloomberg Billionaires Index"ə görə, 227 milyard dollarlıq sərvətlə siyahıda birinci yerdə amerikalı iş adamı İlon Mask qərarlaşıb. Siyahıda ilk 10-luqda olan digər iş adamlarından 8-i texnologiya biznesindədir.

Texnologiya şirkətləri tərəfindən istehlak edilən elektrik enerjisinin miqdarı onların ölçüləri ilə birbaşa mütənasib olaraq əhəmiyyətli dərəcədə artır.

"Visual Capitalist" saytındakı məlumatlardan toplanan məlumata görə, "Google" və "Microsoft" ayrı-ayrılıqda ildə 24 terawatt saat elektrik enerjisi istehlak edirlər. Bu iki şirkət 11 milyon əhalisi olan İordaniya (20 teravatt saat), 400 min əhalisi olan İslandiya (19 terawatt saat), 34 milyon əhalisi olan Qana (19 terawatt saat) və 26 milyon əhalisi olan Şimali Koreya (18 terawatt saat) kimi ölkələrdən daha çox elektrik enerjisi istehlak edir.

İki texnologiya şirkətinin ümumi istehlakı 48 terawatt saata uyğun gəlsə də, bu rəqəm onların əhalisi 223 milyon olan Nigeriyadan (31 terawatt saat) daha çox elektrik enerjisi istehlak etməsi deməkdir. Siyahıdakı digər texnologiya şirkətləri "Meta" 12 terawatt saat, "Apple" 2 terawatt saat, Nvidia isə 0,5 terawatt saat elektrik enerjisi istehlak edir.

Saytdakı məlumatlara görə, böyük texnoloji şirkətlərin elektrik enerjisi istehlakının böyük hissəsi sahib olduqları məlumat mərkəzləri ilə bağlıdır.

"Google" tərəfindən dərc edilən 2024-cü il Ətraf Mühit Hesabatına görə, məlumat mərkəzlərinin elektrik enerjisindən istifadəsi 2023-cü ildə 17 faiz artıb. Şirkətin məlumat mərkəzi qlobal miqyasda məlumat mərkəzləri tərəfindən istifadə edilən elektrik istehlakının 10 faizini təşkil edir.

"Microsoft" isə son 4 ildə süni intellekt sahəsindəki inkişaflarla böyük bir sıçrayış edib. 2020-ci ildə 11 terawatt saat elektrik enerjisi istehlak edən şirkət 4 il ərzində elektrik istehlakını iki dəfədən çox artıraraq 24 terawatt saata çatdırıb.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu