Dünyanın ən qiymətli brendinin adı açıqlanıb


Dünyanın ən qiymətli brendləri siyahısına Amerikanın “Apple” texnologiya korporasiyası başçılıq edir.



Bu barədə BrandZ Top 100 Most Valuable Global Brands hesabatında məlumat verilib. Bildirilib ki, şirkət artıq üçüncü ildir reytinqdə birinci yeri tutur.

Texnologiya nəhənginin bazar dəyəri 1 trilyon dolları ötüb. Son bir ildə onun dəyəri 15 faiz artaraq 1,016 trilyon-a çatıb.

İkinci yerdə böyük geriləmə ilə ABŞ-dan başqa bir texnologiya korporasiyası qərarlaşıb. “Alphabet” holdinqinə məxsus “Google” brendinin bazar dəyəri il ərzində 30 faiz artaraq 753,5 milyard dollara çatıb. İlk üçlüyü “Microsoft” qapayıb. Şirkətin bazar dəyəri bir il ərzində 42 faiz artaraq, 712,9 milyard olub.

Dünyanın ən dəyərli brendlərinin ilk 5-liyinə "Amazon" və "McDonald's" da daxil olub. Birincinin dəyəri 12 ayda 23 faiz, 576,6 milyarda, ikincinin dəyəri isə 16 faiz, 221,9 milyarda qədər artıb.

Ən əhəmiyyətli sıçrayışı marka dəyəri 2,8 dəfə artaraq 201,8 milyarda yüksələn "Nvidia" nümayiş etdirib. Bu artım şirkətə reytinqdə altıncı yeri tutmağa imkan verib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu