"Tesla" ən qiymətli avtomobil markası oldu


Amerikanın elektrikli avtomobil istehsalçısı "Tesla" tarixdə ilk dəfə olaraq dünyanın ən qiymətli avtomobil markaları siyahısına başçılıq edib.


AFN.az bu barədə "Brand Finance"a istinadən xəbər verir. Bir il ərzində İlon Maskın şirkəti "Mercedes-Benz" və "Toyota"dan üstün olub. "Tesla"nın marka dəyəri 44 faiz artaraq 66,2 milyard dollara çatıb. Pandemiyadan əvvəlki dövrlərdən bu yana marka dəyərini beş dəfə artran "Tesla" üçün bu, yaxşı siqnaldır. Bu, daha yüksək satış və gəlirlərə səbəb ola bilər", - deə "Brand Finance"in direktoru Alex Hay bildirib.

2022-ci illərdə rekorda imza atanlar arasında Çinin "Sokon" şirkəti də var. Şirkətin marka dəyəri illik müqayisədə 123 faiz artaraq 739 milyon dollara çatıb. Eyni zamanda, "Ferrari NV" ən nüfuzlu avtomobil markası kimi tanınıb. Markanın dəyəri il ərzində cəmi üç faiz artsa da,, ona maksimum "AAA+" reytinqi verilib.

"Tesla" 2023-cü ildə elektrik avtomobillərinə olan tələbatın azalması səbəbindən bütün seriyasında qiymətləri üç dəfə aşağı salıb. "Model 3" və "Model Y"-nin büdcə versiyalarının qiyməti 20 min dollar ucuzlaşıb. "Model S" və "Model X" sedanlarının daha bahalı modifikasiyaları 34 min dollar ucuzlaşıb. "Tesla"nın rəhbəri İlon Mask artan faiz dərəcələri və ABŞ-da mümkün tənəzzül şəraitində böyüməyə davam etmək üçün gəlirliliyi qurban verməyə hazır olduğunu açıqlayıb. Nəticədə birinci rübdə cəmi 10 695 avtomobil satılıb ki, bu da 2021-ci ilin üçüncü rübündən bəri ən aşağı göstəricidir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu