"Tesla" bəzi avtomobillərinin qiymətlərini endirib


ABŞ-ın elektrikli avtomobil istehsalçısı "Tesla" üçüncü rübdə avtomobil tədarüklərinin azalmasından sonra ABŞ-da bəzi Model 3 və Model Y avtomobillərinin qiymətlərini endirib.


Şirkətin saytındakı qiymət siyahılarına görə, "Tesla" Model 3-ün qiymətini 2 min 250 dollara, Model Y-nin qiymətini isə 2 min dollara endirib.

Model 3-ün başlanğıc qiyməti 40 min 240 dollardan 38 min 990 dollara, uzun mənzilli versiyasının qiyməti 47 min 240 dollardan 45 min 990 dollara, performans versiyasının qiyməti isə 40 min 240 dollardan aşağı salınıb.

Model Y-nin performans versiyasının qiyməti də 54 min 490 dollardan 52 min 490 dollara endirilib.

Maraqlıdır ki, "Tesla"nın son qiymət endirimləri şirkətin üçüncü rübdə avtomobil tədarüklərində yaşadığı enişdən sonra baş verib.

Elektrikli avtomobil istehsalçısı həftənin əvvəlində üçüncü rübdə 435 min 59 avtomobilin təslim edildiyini açıqlamışdı. Şirkətin bu dövrdə tədarük sayı bazar gözləntilərinin altında qalsa da, əvvəlki rüblə müqayisədə 7 faiz azalıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu