"Tesla" 400 000-dən çox avtomobili proqram xətası səbəbindən geri çağırır


ABŞ-ın elektrikli avtomobil istehsalçısı "Tesla" Çinə ixrac etdiyi 435 132 ədəd "Model 3" və "Model Y" elektrik avtomobilini arxa işıqların yanmamasına səbəb olan proqram xətasına görə geri çağırıb.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, Çin Dövlət Bazarı Tənzimləmə İdarəsi tərəfindən verilən açıqlamaya görə, proqram təminatındakı səhv nəticəsində avtomobillər işə salınarkən arxa işıqlar sönür və bu qaranlıq şəraitdə toqquşma riski yaradır.

Açıqlamada bildirilir ki, şirkətin 27 dekabr 2020-ci il ilə 7 noyabr 2022-ci il tarixləri arasında istehsal etdiyi 142 min 277 ədəd "Model 3" və 1 yanvar 2021-ci il ilə 11 noyabr 2022-ci il tarixləri arasında istehsal etdiyi 292 min 855 ədəd "Model Y"də səhvi düzəltmək üçün nəqliyyat vasitələri geri çağırılacaq və proqram təminatı yenilənəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu