BVF Ukraynaya maliyyə dəstəyinin növbəti tranşını nəzərdən keçirir


Beynəlxalq Valyuta Fondu (BVF) Ukraynaya maliyyə dəstəyi proqramı çərçivəsində növbəti yoxlama missiyasına başlayıb.

AFN.az xəbər verir ki, bu barədə Ukrayna Milli Bankı məlumat yayıb.

Missiya Kiyevin Genişləndirilmiş Kreditləşdirmə Mexanizmi çərçivəsində öhdəliklərinin icrasına dair ikinci və üçüncü qiymətləndirmələri aparacaq. Yoxlamaların nəticələrindən asılı olaraq, Ukrayna BVF-dən ümumilikdə 1,67 milyard dollar ala bilər.

Fondun ekspertləri struktur islahatlarının icrasını, iqtisadi və maliyyə siyasətinin prioritetlərini, eləcə də makroiqtisadi sabitliyin qorunması tədbirlərini qiymətləndirəcəklər. Missiya hibrid formatda, Lvov və Varşavada fəaliyyət göstərəcək.

Ukrayna Ali Radasının deputatı Nina Yujaninanın sözlərinə görə, BVF ekspertləri ölkənin 2027-ci il dövlət büdcəsinin hazırlanmasını da nəzərdən keçirəcəklər. Fondun nümayəndəsi Culi Kozak isə qiymətləndirmələrin dekabra qədər başa çatdırılmasının planlaşdırıldığını bildirib.

Qeyd edək ki, BVF-nin Ukrayna üçün nəzərdə tutduğu dördillik maliyyə proqramının həcmi 8,1 milyard dollardır. İyulda keçirilən ilk yoxlamadan sonra Kiyevə 690 milyon dollarlıq növbəti tranşın ayrılması təsdiqlənib.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu