İraq Yaxın Şərqdəki münaqişə səbəbindən BVF-dən maliyyə yardımı istəyib


İraq rəsmiləri Yaxın Şərqdə davam edən münaqişə fonunda Beynəlxalq Valyuta Fonduna (BVF) maliyyə yardımı üçün müraciət ediblər.

AFN.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi BVF-yə yaxın mənbəyə istinadən məlumat yayıb. İlkin danışıqlar ötən ay Vaşinqtonda keçirilən yaz toplantılarında baş tutub və hazırda tələb olunan kreditin həcmi ilə strukturu müzakirə edilir.

Qeyd olunur ki, İraq dünyanın beşinci ən böyük neft ehtiyatına malikdir və iqtisadiyyatı tamamilə neft ixracından asılıdır. Ölkənin BVF ilə sonuncu 3.8 milyard dollarlıq sazişinin müddəti 2019-cu ildə bitib və həmin vəsaitin 1.49 milyard dolları istifadə olunub. Hazırda İraqın bu qlobal kredit təşkilatına təxminən 2.39 milyard dollar borcu var.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu