Şeyx Hasina Banqladeşə qayıtmaq üçün yeni pasport istəyir


Banqladeşin keçmiş baş naziri Şeyx Hasinanın vəkilləri onun ölkəyə qayıda bilməsi üçün yeni pasport və şəxsiyyət vəsiqəsinin verilməsinə dair müraciət ediblər.

AFN.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi vəkillərin Banqladeşin Nyu-Dehlidəki səfirliyinin müvəqqəti işlər vəkili Prithi Rəhmana ünvanladıqları məktuba istinadən məlumat yayıb.

Londonda fəaliyyət göstərən "Matrix Chambers" hüquq firmasının vəkilləri məktubda Hasinanın mövcud pasportu və milli şəxsiyyət vəsiqəsinin Banqladeşin müvəqqəti hökuməti və digər dövlət qurumları tərəfindən ləğv edildiyini bildiriblər. Onlar keçmiş baş nazirə yeni sənədlərin verilməsi üçün zəruri tədbirlərin görülməsini istəyiblər.

Müraciətdə sənədlərin beynəlxalq insan hüquqları öhdəliklərinə uyğun olaraq mümkün qədər qısa müddətdə hazırlanması xahiş olunub. Bu, Şeyx Hasinanın 2024-cü ildə ölkədən qaçmasından sonra sənədlərinin bərpası ilə bağlı ilk müraciətidir.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu