Banqladeşin keçmiş baş nazirinə qarşı cinayət işi açılıb


Banqladeşdə tələbə etirazlarından sonra istefa verən və ölkədən qaçan keçmiş baş nazir Şeyx Hasinaya qarşı xalq üsyanı zamanı bir nəfərin polis tərəfindən öldürülməsi bağlı cinayət işi açılıb.



Banqladeşdə tələbə etirazlarından sonra təzyiqlərə tab gətirə bilməyən baş nazir Şeyx Hasina istefa verərək ölkəni tərk etdikdən sonra Nobel Sülh Mükafatı laureatı iqtisadçı Məhəmməd Yunusun başçılığı altında müvəqqəti hökumət qurulub. Ölkədən qaçan Hasinaya qarşı xalq üsyanı zamanı bir nəfərin polis tərəfindən öldürülməsi ilə bağlı cinayət işi açılıb. Bundan əlavə, paytaxt Dəkkədə həftələrdir davam edən ölümcül iğtişaşlarla əlaqədar Hasina hökumətinin 6 yüksək vəzifəli məmuruna qarşı istintaq başladılıb.

Bir vətəndaşın adından işi qaldıran vəkil Mamun Mia bildirib ki, Dəkkə məhkəməsi polisə təqsirləndirilən şəxsə qarşı açılan qətl işini qəbul etməyə göstəriş verib.

Mənbə: İHA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu