İmran Xana qarşı cinayət işi açıldı


Pakistanın keçmiş baş naziri İmran Xana qarşı cinayət işi açılıb.



O, terrorizmdə ittiham edilib. Ona qarşı polisə və məhkəməyə qarşı təhdidlərə görə Terrorla Mübarizə Qanununun 7-ci maddəsinə əsasən iş açılıb.

Yerli KİV-in məlumatına görə, polisin Xana qarşı başlatdığı əməliyyat keçmiş baş nazirin dünən paytaxt İslamabadda verdiyi açıqlamalardan sonra həyata keçirilib.

Xanın çıxışının “xalq arasında iğtişaş və terror yaymaq” məqsədi daşıdığı da qeyd olunub.

İttihamlar etimadsızlıq səsverməsi ilə hakimiyyətdən uzaqlaşdırılan siyasətçinin paytaxtda keçirilən mitinqdə çıxışı zamanı ən yaxın köməkçilərindən birinin bu yaxınlarda həbs olunmasını pisləməsindən sonra irəli sürülüb. Xan məhbusun işgəncələrə məruz qaldığını deyərək polisi və hakimi məhkəməyə verəcəyini vəd edib.

“İmran Xanın çıxış tərzi və etdiyi təhdidlər polis, ədliyyə və sadə insanlar arasında qorxu və çaşqınlıq yaradıb, ölkədə əmin-amanlığa xələl gətirib”, - deyə polisin hesabatında bildirilib.

Onu da qeyd edək ki, ötən gün Pakistan Media Nəzarət Xidməti telekanallara keçmiş baş nazirin çıxışlarını canlı yayımlamağı qadağan edib.\\Musavat.com



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu