Banqladeş seçki boykotlarının kölgəsində sandıq başına gedəcək


Banqladeşdə ana müxalifət partiyasının rəhbərlik etdiyi seçki etirazları səbəbindən gərginlik davam edərkən, insanlar sabah 12-ci ümumi seçkilərdə səs vermək üçün sandıq başına gedəcək.



Cənubi Asiya ölkəsi Banqladeşin hazırkı baş naziri Şeyx Hasina Vecid bəyan edir ki, konstitusiyada göstərildiyi kimi seçkilər hökumətin nəzarəti altında keçirilməlidir.

28 oktyabr 2023-cü ildə başlanan nümayişlərdə Banqladeş Camaat-e-İslami Partiyası və digər müxalifət partiyalarının iştirakı ilə ölkə daxilində çoxlu etiraz aksiyaları keçirilib.

Seçkilərdən əvvəl BNP baş nazir Hasinanın hökuməti əvəzinə müvəqqəti və neytral hökumətin yaradılmasını tələb edib.

Hökumət bu tələbi rədd edəndə BNP seçkiləri boykot etməyə davam edəcəyini açıqlayıb. Təhlükəsizlik qüvvələrinə ölkədə keçirilən seçkilərdə təhlükəsizliyi təmin etmək və sülhü qorumaq tapşırılıb.

BNP üzvləri partiyanı dəstəkləyən 24 min adamın saxlanıldığını, milyonlarla insana qarşı məhkəmə iddialarının açıldığını iddia edib. Ölkənin ədliyyə naziri Enesül Hak isə bu rəqəmin doğru olmadığını bildirib.

Oktyabrın sonunda başlayan gərginlik nəticəsində müxalifəti dəstəkləyən 20-dən çox adamın öldürüldüyü qeyd edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu