Bolqarıstanda yerli seçkilər oktyabrın 29-da keçiriləcək


Bolqarıstan Prezidenti Rumen Radev yerli seçkilərin oktyabrın 29-da keçirilməsi haqqında sərəncam imzalayıb.


Bolqarıstan Milli Xəbər Agentliyinin məlumatına görə, fərmanla bələdiyyə başçılarının və şəhər məclis üzvlərinin seçiləcəyi yerli seçkilərin tarixi təyin edlib.

Bildirilib ki, Radev Mərkəzi Seçki Komissiyasının rəhbərliyi ilə görüşdən sonra yerli seçkiləri oktyabrın 29-da keçirmək qərarına gəlib.

Bolqarıstandakı siyasi böhran səbəbindən vətəndaşlar erkən seçkilərdə iştirak etmək üçün son 2 ildə 5 dəfə sandıq başına gedib.

Ölkə parlamenti aprelin 2-də keçirilən növbədənkənar ümumi seçkilərdən sonra yaradılmış koalisiya hökumətini təsdiqləyib.

Baş nazir Nikolay Denkovun rəhbərliyi altında “Dəyişikliyə davam” – Demokratik Bolqarıstan alyansı və “Vətəndaşlar Bolqarıstanın Avropa İnkişafı Uğrunda” partiyasının yaratdığı koalisiya hökuməti 240 deputatdan ibarət parlamentdə etimad səsi alıb.

2 ildir "müvəqqəti hökumətlərlə ölkəni idarə etdiyi" üçün tənqid edilən Bolqarıstan prezidenti Radev koalisiya hökumətinin qurulmasına reaksiya verib və səsvermədən sonra nazirlərin andiçmə mərasimini gözləmədən parlamenti tərk edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu