Belqradda təkrar yerli seçkilər keçiriləcək


Serbiyada 17 dekabr 2023-cü ildə keçiriləcək erkən yerli seçkilər paytaxt Belqradda təkrarlanacaq.


Serbiya prezidenti Aleksandar Vucic xalqa müraciətində 17 dekabr 2023-cü ildə ölkədə keçirilən növbədənkənar yerli və ümumi seçkilərlə bağlı açıqlamalar verib.

Vuçiç bildirib ki, seçkilərdən sonra Belqrad Bələdiyyəsində səs çoxluğu əldə olunmadığı və bələdiyyə şurası yaradıla bilmədiyi üçün orada yerli seçkilər təkrarlanacaq.

Belqradda təkrar yerli seçkilərdə Serb Tərəqqi Partiyasının (SNS) namizədinin Aleksandr Sapiç olacağını bildirən Vuçiç iyunun 2-də təkrar seçkiləri keçirməyi planlaşdırdıqlarını qeyd edib.

Vuçiç onu da bildirib ki, SNS-nin rəhbərlik etdiyi “Aleksandar Vuçiç-Serbiya Dayanmamalıdır” ittifaqı bir neçə gün ərzində ona yeni hökumətin adlarını çatdıracaq.

Bu arada Belqradda keçirilən yerli seçkilərdə SNS 39,93 faiz, müxalif qanad partiyalarından ibarət “Serbiya zorakılığa qarşı” alyansı isə 35,39 faiz səs toplayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu