Vuçiç: Serbiyanı çətin günlər gözləyir


Serbiya prezidenti Aleksandr Vuçiç ölkəsini çətin günlərin gözlədiyini bildirib. Vuçiç son 48 saatda açıqlanması asan olmayan bir xəbər aldıqlarını deyib.



Serbiya Prezidenti Aleksandar Vucic sosial media hesabında etdiyi paylaşımda ölkəsini çətin günlərin qarşıda olduğunu və yaxın günlərdə bu barədə serb xalqını məlumatlandıracağını açıqlayıb.

Yazısında son 48 saat ərzində indiki vaxtda demək asan olmayan xəbərlər aldıqlarını qeyd edən Vuçiç, “Onlar Serbiyanın həyati milli maraqlarını birbaşa təhlükə altına qoyurlar" ifadələrini işlədib.

Vuçiç öz paylaşımında "Çox çətin olacaq. Biz mübarizə aparacağıq. Serbiya qalib gələcək" vurğulayıb.

Digər tərəfdən Serbiyanın müdafiə naziri Miloş Vuçeviç Serbiya Radio Televiziyasına (RTS) Kosovonun Avropa Şurasına üzvlük müraciətinin bu gün keçiriləcək sessiyada müzakirə ediləcəyini dəyərləndirib.

Vuçeviç iddia edib ki, sözügedən ərizə bütün beynəlxalq qaydaları pozur.

Qeyd edək ki, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Siyasi Məsələlər və Demokratiya Komitəsi bu gün gündəliyin yeganə məsələsi olan Kosovonun şuraya üzv olmaq üçün müraciəti ilə bağlı iclas keçirəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu