KTMT baş katibindən NATO-nun nüvə planları ilə bağlı xəbərdarlıq


Bəzi NATO üzvləri nüvə arsenalını və onun çatdırılma vasitələrini KTMT-nin kollektiv təhlükəsizlik zonasının Şərqi Avropa regionunun qərb sərhədlərində yerləşdirmək niyyətindədir.

AFN.az xəbər verir ki, bunu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Taalatbek Masadıkov Kollektiv Təhlükəsizliyin Təmin Edilməsi üzrə Beynəlxalq Forumda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, belə niyyətlər regionda vəziyyətin misli görünməmiş dərəcədə gərginləşməsinə səbəb olur.

Masadıkov xəbərdarlıq edib ki, bu planların həyata keçirilməsi Mərkəzi və Şərqi Avropanın təhlükəsizliyi üçün genişmiqyaslı nəticələrə gətirib çıxara bilər.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu