KTMT-nin Müdafiə Nazirləri Şurası növbədənkənar iclas keçirəcək


Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin Müdafiə Nazirləri Şurasının növbədənkənar iclası yanvarın 13-ü keçiriləcək.


Bu barədə məlumatı KTMT-nin mətbuat katibi Vladimir Zaynetdinov açıqlayıb.

Onun sözlərinə görə, iclas zamanı Qazaxıstanda sülhməramlı əməliyyatın həyata keçirilməsi müzakirə olunacaq.

O həmçinin qeyd edib ki, iclasda KTMT-nin Birləşmiş qərargahının rəisi general-polkovnik Anatoliy Sidorov və KTMT-nin Baş katibinin müavini Tahir Xayruloev da iştirak edəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu