MAQATE mütəxəssisləri “Buşəhr” AES-də yoxlama aparıb


Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) mütəxəssisləri bu yaxınlarda İranın “Buşəhr” Atom Elektrik Stansiyasında (AES) inspeksiya keçiriblər.

AFN.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqayi keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, İranın Vyanadakı nümayəndəliyi ilə agentlik arasında peşəkar əlaqələr davam edir və “Buşəhr” AES-də keçirilən son yoxlama da qaydalara əsaslanan əməkdaşlığın sürdüyünü göstərir.

Bəqayi qeyd edib ki, İran Nüvə Silahlarının Yayılmaması haqqında Müqaviləyə (NSYM) və təminat sazişinə sadiq qalır, nüvə öhdəliklərini dayandırmayıb. Bununla belə, ABŞ və İsrailin İranın nüvə obyektlərinə zərbələri təminat tədbirlərinin əvvəlki qaydada həyata keçirilməsini çətinləşdirib.

Diplomat bildirib ki, mövcud fövqəladə şəraitdə MAQATE ilə əməkdaşlığın əvvəlki qaydada aparılması mümkün deyil və buna görə məsuliyyət hücumları həyata keçirən tərəflərin üzərinə düşür.

Bəqayi, həmçinin MAQATE-nin Rəhbərlər Şurasını və qurumun baş direktoru Rafael Qrossini İranın nüvə obyektlərinə hücumlar zamanı fəaliyyətsiz mövqe tutmaqda, üzərlərinə düşən vəzifələri yerinə yetirməməkdə ittiham edib.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu