Qrossi Zaporojye AES-in baş mühəndisinin ölümü ilə nəticələnən hücumu pisləyib
Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi Zaporojye Atom Elektrik Stansiyasının baş mühəndisi Aleksandr Yakovlevin həlak olduğu hücumu pisləyib.
AFN.az MAQATE-yə istinadən xəbər verir ki, agentlik Rusiyadan Zaporojye AES yaxınlığında pilotsuz uçuş aparatının hücumu nəticəsində baş mühəndis Aleksandr Yakovlevin öldüyü barədə məlumat alıb.
Rafael Qrossi bildirib ki, bu cür hücumlar atom elektrik stansiyasına və onun rəhbərliyinə qarşı yolverilməzdir, eyni zamanda nüvə təhlükəsizliyi üçün ciddi risk yaradır.
MAQATE rəhbəri bir daha nüvə obyektlərinə və onların əməkdaşlarına qarşı bütün hücumların dərhal dayandırılmasına çağırıb.



