Zaporojye AES nüvə təhlükəsizliyi barədə xəbərdarlıq edib
Ukrayna Silahlı Qüvvələrinin (AFU) obyektə pilotsuz təyyarə hücumları nüvə təhlükəsizliyinə təhlükə yaradır.
AFN.az Rusiya mediasına istinadən xəbər verir ki, bunu Zaporojye Atom Elektrik Stansiyasının (AES) kommunikasiyalar üzrə direktoru Yevgeniya Yaşina bildirib. Yaşina vurğulayıb ki, Zaporojya AES-də vəziyyət hələ də gərgin olaraq qalır. Onun sözlərinə görə, obyektdə “aktiv səma” rejimi var.
Bundan əvvəl Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) rəhbəri Rafael Qrossi qeyd edib ki, hər gün Zaporojya AES üzərində kifayət qədər sayda pilotsuz təyyarələr görünür ki, bu da nüvə təhlükəsizliyinə təhlükə yaradır.