Zelenski: Ukrayna Norveçlə üç hava hücumundan müdafiə layihəsi həyata keçirir


Ukrayna Norveçin "Kongsberg" şirkəti ilə hava hücumundan müdafiə sahəsində üç layihə üzərində işləyir.

AFN.az “Novosti.Live”ə istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski açıqlayıb.

Zelenskinin sözlərinə görə, layihələrdən birinin nəticələrinin 1,5–2 ay ərzində əldə olunacağı gözlənilir. İkinci layihə Avropa ölkələri ilə birlikdə "Freya" hava hücumundan müdafiə sisteminin hazırlanmasını nəzərdə tutur. Ukrayna prezidenti üçüncü layihənin də olduğunu bildirib, lakin onun detalları barədə məlumat verməyib.

Qeyd edək ki, 2025-ci ilin avqustunda Norveç hökuməti Ukraynaya hava hücumundan müdafiə vasitələrinin alınması üçün təxminən 7 milyard Norveç kronu, yəni 695 milyon dollardan çox vəsait ayırdığını açıqlayıb.

Norveç Almaniya ilə Kiyev üçün tam döyüş sursatı komplektinə malik iki "Patriot" zenit-raket kompleksinin alınması barədə razılığa gəlib. Ukraynaya, həmçinin Hensoldt şirkətinin istehsalı olan TRML-4D radarları və Kongsberg şirkətinin Typhon 2 qısa mənzilli hava hücumundan müdafiə sistemlərinin verilməsi vəd edilib.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu