Zelenski Kelloqla silah və müdafiə sistemlərini müzakirə edib

Ukrayna Prezidenti Volodimir Zelenski İtaliyanın paytaxtı Romada ABŞ-ın Ukrayna üzrə xüsusi nümayəndəsi Kit Kellogla görüşündə silah və hava hücumundan müdafiə sistemlərinin tədarükü məsələsini gündəmə gətirib.
AFN.az xəbər verir ki, o bu barədə özünün telegram kanalında yazıb.
"ABŞ Prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Kit Kellogla əhatəli və məzmunlu söhbət apardıq. Silah tədarükünü və hava hücumundan müdafiə sistemlərinin gücləndirilməsini müzakirə etdik", – deyə Zelenski bildirib.
Əlavə edib ki, söhbət həmçinin ABŞ silahlarının satın alınması, birgə müdafiə istehsalı və bu istehsalın Ukraynada lokallaşdırılmasından gedib.