Zelenski bir daha NATO-nun qarşıdan gələn sammitində Kiyevin əsas tələblərini açıqlayıb


Ukrayna prezidenti Vladimir Zelenski NATO-nun Vilnüsdə keçiriləcək sammiti zamanı Qərb tərəfdaşları ilə Kiyevə silah və hava hücumundan müdafiə (AD) avadanlıqlarının tədarükü məsələsini müzakirə etmək niyyətində olduğunu açıqlayıb.


AFN.az xəbər verir ki, bu haqda o, özünün telegram kanalında videomüraciətində bildirib.

Ukrayna prezidenti qeyd edib ki, o, Avropa, Amerika, Kanada və Yaponiya nümayəndələri ilə müxtəlif səviyyələrdə ikitərəfli görüşlər planlaşdırıb. Zelenski Kiyev üçün hava hücumundan müdafiə sistemləri və cəbhə üçün silahların verilməsini prioritet adlandırıb.

Ukrayna lideri əlavə edib ki, Vilnüsdə başqa aspektlər üzrə də danışıqlar planlaşdırılır. O, NATO-dan "Ukraynanın alyansa üzvlüyü ilə bağlı aydın siqnal" alacağına ümid etdiyini bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu