Zelenski: "Ukraynanı NATO-ya dəvət etmək üçün siyasi əsaslar var"


Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, Kiyevi alyansın Vilnüsdə keçiriləcək sammitində NATO-ya dəvət etmək üçün siyasi əsaslar var.


Bu barədə respublika başçısı özünün Telegram səhifəsində məlumat verib.

“Ukraynanı siyasi olaraq alyansa dəvət etmək üçün bütün əsaslar var. Hələlik Ukraynaya daxil olana qədər onun təhlükəsizlik zəmanətləri ilə bağlı tam anlaşma var”.

Bundan əvvəl Ukrayna prezidentinin ofisinin rəhbəri Andrey Yermak bildirib ki, Kiyev iyulda NATO-ya dəvət almağı planlaşdırır. O, həmçinin əlavə edib ki, Kiyev ölkənin alyansa üzvlük yolu ilə bağlı aydın siqnal gözləyir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu