Almaniya Ukraynaya yeni hərbi texnika tədarükünə başlayır


Bu həftə Vilnüsdə keçiriləcək NATO sammiti zamanı Almaniyadan Ukraynaya yeni hərbi texnika tədarükləri açıqlanacaq.


AFN.az xəbər verir ki, bu barədə "Reuters" Almaniya hökumətinin yüksək vəzifəli nümayəndəsinə istinadən məlumat yayıb.

"Almaniya həmçinin Ukrayna üçün ikitərəfli təhlükəsizlik təminatları üzərində işləyir", - deyən rəsmi əlavə edib ki, indi Kiyevi müdafiə alyansına qoşulmağa dəvət etmək üçün doğru zaman deyil.

Bundan əvvəl Almaniya hökumətindəki mənbə bildirmişdi ki, hazırda NATO-ya üzv ölkələr arasında Ukraynanın bloka üzvlüyü ilə bağlı konsensus yoxdur. O vurğulayıb ki, Kiyevi alyansa dəvət etmək üçün vaxt hələ çatmayıb. Onun sözlərinə görə, bu mövqedən çıxış edərək, NATO-nun Vilnüs sammitində bu mövzu gündəmdə olmayacaq.

Eyni zamanda sammitdə rəsmi olaraq Ukrayna-NATO Şurası fəaliyyətə başlayacaq və daha sonra üzv ölkələr bu format çərçivəsində ildə dörd dəfə görüşəcəklər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu