NATO Ukraynaya yardımı artırıb

NATO-nun baş katibi Yens Stoltenberq Vilnüsdə keçiriləcək sammitdə Şimali Atlantika Alyansı ölkələrinin Ukraynaya yardımı gücləndirəcəyini bildirib.
Bundan əvvəl bildirilmişdi ki, NATO xarici işlər nazirləri Vilnüsdə keçiriləcək illik sammit ərəfəsində Ukraynanın üzvlük məsələsində konsensus əldə etməyə çalışırlar. İclas ərəfəsində Kiyevə aydın təhlükəsizlik zəmanəti vermək üçün alyansa təzyiqlər artır.
İyunun 5-də Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Kiyevi alyansa üzvlüyə yaxınlaşdıran lazımi qərarların olmadığı halda NATO-nun hərbi-siyasi məğlubiyyətini proqnozlaşdırıb.