Zelenski NATO Sammitindən üzvlüklə bağlı "aydın işarə" gözləyir


Ukrayna prezidenti Vladimir Zelenski Litvanın paytaxtı Vilnüsdə keçiriləcək NATO Sammitində ölkəsinin ittifaqa üzvlüyü ilə bağlı “aydın işarə” gözlədiyini bildirib.


Çexiyanın paytaxtı Praqada olan Zelenski dünən prezident Petr Pavel, bu gün isə baş nazir Petr Fiala ilə görüşüb.

Zelenski burada verdiyi açıqlamada ölkəsinin NATO-ya üzvlüyü üçün Vilnüsdə keçiriləcək sammitdən aydın bir siqnal gözlədiyini deyib.

"Bizə bu motivasiya lazımdır. Münasibətlərimizdə dürüstlük lazımdır" - deyən Ukrayna prezidenti qeyd edib ki, sözügedən görüşün birlik və cəsarət nümayiş etdirmək üçün doğru zamandır.

Baş nazir Fiala da Çexiyanın Ukraynaya siyasi, hərbi və humanitar dəstəyinin davam edəcəyini və bu ölkəyə daha çox helikopter və sursat göndərəcəklərini bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu