Zelenski NATO-nun Vilnüs sammitində iştirak edəcək


Ukraynanın Litvadakı səfiri Ukrayna prezidenti Vladimir Zelenskinin iyulda Vilnüsdə keçiriləcək NATO sammitində şəxsən iştirak etməyi planlaşdırdığını bildirib.


Yerli BNS xəbər agentliyinə açıqlama verən səfir qeyd edib ki, Zelenskinin mümkün səfərini "Ukraynanın planı" adlandırıb. "Ukrayna ümid edir ki, sammit iştirakçıları "müharibə bitən kimi ölkənin NATO-ya üzv olacağı ilə çox aydın şəkildə razılaşacaqlar", - deyə diplomat vurğulayıb.

Ukraynada münaqişə bir il əvvəl başlayıb. Ondan bəri Zelenski xaricə iki səfər edib - dekabrda Vaşinqtona, fevralda isə London, Paris və Brüsselə.

İyulun 11-12-də Vilnüsdə keçiriləcək sammitdə Şimali Atlantika Alyansının əksər liderləri, o cümlədən ABŞ prezidenti Co Bayden iştirak edəcək, Litva prezidentinin mətbuat xidməti xəbər verir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu