İğtişaşlar zamanı Bricit Makronun ailəsinə məxsus mağazanı polis qoruyub - media


Fransada kütləvi iğtişaşlar zamanı ölkənin birinci xanımı Bricit Makronun ailəsinə məxsus şokolad emalatxanasını altı xüsusi polis mikroavtobusu mühafizə edib. Bu addım ictimai narazılığa və tənqidlərə səbəb olub.

AFN.az xəbər verir ki, bu barədə "Le Figaro" qəzeti məlumat yayıb.

Nəşrin yazdığına görə, polis qüvvələri oktyabrın 17-də etirazların iğtişaşlara və talanlara çevrildiyi vaxt Amyen şəhərində yerləşən obyektin mühafizəsinə cəlb olunub.

Fransanın Alliance Police Nationale polis həmkarlar ittifaqı Prezident Emmanuel Makrona müraciət edərək bu vəziyyəti tənqid edib. Təşkilat mağazaların talan edildiyi, polislərin yaralandığı və əməkdaş çatışmazlığının yaşandığı bir vaxtda polis qüvvələrinin yarısının Tronye ailəsinin şokolad emalatxanasının qarşısında yerləşdirilməsinə etiraz edib. Həmkarlar ittifaqı bütün Fransa vətəndaşlarının eyni səviyyədə müdafiə hüququna malik olub-olmadığını sual altına alıb.

2027-ci il prezident seçkilərində iştirak etməyi planlaşdıran, “Fransa, ayağa qalx” partiyasının lideri Nikola Düpon-Enyan da ictimai narazılığa dəstək verib. O, ölkədəki digər mağaza sahiblərinin talançıların qarşısında müdafiəsiz buraxıldığını bildirib.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu